Paris-2024: Badmintonçumuz dayandı

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Paris Olimpiadasında mübarizəni dayandırıb.
90plus.az xəbər verir ki, Dviçayo danimarkalı Anders Antonsenə 0:2 (12:21, 14:21) hesabı ilə uduzub.
Bununla da, Edi Reski Dviçayo Paris-2024-dəki çıxışını başa vurub.
Fikirləri: “Ardıcıl olaraq ikinci olimpiadada hazırda "top-3"də qərarlaşan Antonsen kimi güclü badmintonçu ilə qarşılaşdım. İstər-istəməz həyəcan var idi. İlk setdə bu baxımdan çətin oldu. İkinci setdə isə daha yaxşı çıxış etdim. Lakin rəqibin təcrübəsi daha çoxdur.
Püşkdən şikayətlənə bilmərəm. Olimpiadada uğur qazanmaq istəyirsənsə, bu səviyyədə rəqiblərlə oynamağa hazır olmalısan".
© Copyright 2025, All Rights Reserved