Paris-2024: Badmintonçumuz məğlub olub

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra qrupda ilk oyununda çinli He Bin Çzyao-ya uduzub.
90plus.az xəbər verir ki, çinli badmintonçu 2-0 hesabı ilə (21-8, 21-7) qələbə qazanıb.
İndoneziya əsilli Keişa Fatimənin 2-ci oyunu 29 iyulda olacaq.
Qeyd: Keişa Fatimənin ilk çıxışı barədə təəssüratları:
"Əlimdən gələni etməyə çalışdım. İlk Olimpiadamdır. İstər-istəməz həyəcanlıyam. Növbəti görüşümdə daha yaxşı olacağam".
© Copyright 2025, All Rights Reserved