Paris-2024: Badmintonçumuzdan qələbə

İndoneziya əsilli badmintonçumuz Edi Reski Dviçayo Paris-2024 olimpiadasında qələbə qazanıb.
90plus.az xəbər verir ki, Dviçayo qrupda ilk matçında Avstriya idmançısı Kollins Valentin Filimonu 2:0 (21:18, 21:11) məğlub edib.
Qrupda ikinci oyun iyulun 31-də saat 18:30 danimarkalı Eddi Anders Antonsenə qarşı olacaq.
Qeyd: 3 idmançının yer aldığı qruplardan yalnız qrup lideri növbəti mərhələyə çıxır.
© Copyright 2025, All Rights Reserved