Paris-2024: Basketbol millimiz olimpiya çempionu ABŞ-ni udub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Paris Olimpiadasında tarixi qələbə qazanıb.
90plus.az xəbər verir ki, yığmamız 2-ci turda son Olimpiya çempionu ABŞ-ni 20:17 hesabı ilə məğlub edib.
Qızlarımızın son dəqiqə atışları və QƏLƏBƏ anları:
https://t.me/doxsanplus/86705
Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Heysin yer aldığı yığma ilk turda İspaniyaya məğlub olmuşdu (16:18)
Qeyd: Qızlarımız növbəti görüşünü Fransaya, 4-cü görüşünü isə Almaniyaya qarşı keçirəcək. Hər iki oyun sabah baş tutacaq:
1 Avqust Saat 14:30
Azərbaycan - Fransa
1 Avqust Saat 20:30
Almaniya - Azərbaycan
Turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparır.
© Copyright 2025, All Rights Reserved