Paris-2024: Basketbol millimiz Kanadaya uduzdu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Paris Olimpiadasında sonuncu qrup matçına çıxıb.
90plus.az xəbər verir ki, Ratomir Deliçin yetirmələri 7-ci turda Kanadaya 19:21 hesabı ilə uduzublar.
Millimiz pley-offa yüksəlmək üçün 5-ci pillədəki ABŞ-ın 7-ci yerdəki Çini məğlub etməsini gözləməli olacaq.
Maraqlıdır ki, millimiz reytinqdə 1-ci yerdə gedən Çin millisini və 2-ci yerdə gedən ABŞ-ni məğlub edib, qalan rəqiblərə uduzublar.
Qeyd: Basketbolçu qızlarımız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. ABŞ və Çin millisinə isə qalib gəliblər - 20:17.
© Copyright 2025, All Rights Reserved