Paris-2024: Bayraqlar səhv düşdü

Paris-2024-də 92 kq çəkili kişi boksçuların mükafatlandırması zamanı biabırçılıq yaşanıb.
90plus.az xəbər verir ki, təşkilatçılar xətaya yol veriblər. Mükafatlandırmada təmsilçimiz gümüş, özbəkistanlı Lazizbek Mullajonov qızıl, ispaniyalı Enmanuel Reyes Pla və tacikistanlı Davlat Boltayev bürünc alıb.
Mükafatlandırma zamanı isə zalda Özbəkistan, Azərbaycan, İspaniya və Tailand bayraqları qaldırılıb. Asiya ölkələri Tacikistanla Tailandı səhv salaraq qalmaqala səbəb olublar.
© Copyright 2025, All Rights Reserved