Paris-2024: Bədii gimanstika millimiz finalda

Paris-2024 Yay Olimpiadasında bədii gimnastika millimiz: Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzandan ibarət Azərbaycan komandası finala vəsiqə qazanıb.
90plus.az xəbər verir ki, komandamız qrup hərəkətləri üzrə halqalarla 33,850, üç lent və iki topla 28,150 xal toplayıb.
Yığmamız iki hərəkətin cəmində 62,000 xal yığıb və 14 iştirakçı arasında 8-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb..
Qeyd: Təsnifat mərhələsində 14 yığma mübarizə aparıb. İki hərəkətin cəmində ən yaxşı nəticəyə malik 8 komanda sabah keçiriləcək final raunduna yüksələcək.
© Copyright 2025, All Rights Reserved