Paris-2024: Bədii gimnastımız 18-ci olub

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Parisdə Yay Olimpiya Oyunlarında 18-ci yeri tutub.
90plus.az xəbər verir ki, 23 yaşlı idmançımız fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edib və 30.200 xala layiq görülüb. Halqalarla hərəkətdə isə 32.500 xala layiq görülüb. Lentlə 28.400 xala, gürzlə is 26.750 xala layiq görülüb.
Ümumilikdə 117.850 xal toplayan gimnastımız yekun sıralamada 18-ci yeri tutaraq, ilk "onluq"dan kənardan qalıb və finala yüksələ bilməyib.
ƏLAVƏ: Bu gün Zöhrə Ağamirovanın 23 yaşı tamam olur.
© Copyright 2025, All Rights Reserved