Paris-2024: Boksçumuz 1/4 finalda!

Azərbaycanın boks üzrə milli komandasının üzvü Alfonso Dominges (92 kq) Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında qələbə qazanıb.
90plus.az xəbər verir ki, Dominges kubalı rəqibi ikiqat Olimpiya, beşqat dünya çempionu Xulio Sesarı 3-2 hesabı ilə məğlub edir.
Qeyd: 1/4 final mərhələsində Dominges qazaxıstanlı boksçu Oralbay Ayibek ilə avqustun 1-də qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved