Paris-2024: Boksçumuz finalda

Azərbaycan bokusçusu Alfonso Dominqes (92 kq) Paris Olimpiadasında finala yüksəlib.
90plus.az xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Planı məğlub edib: 4:1.
Final görüşü avqustun 9-da baş tutacaq. Onun rəqibi Lazizbek Mullojonov (Özbəkistan) olacaq.
Təəssüratları: "Çox gərgin döyüş keçdi. Finaldan gözləntilərim qızıl medaldır. Əsasən "ikinci nömrə" ilə çıxış edən boksçuyam. İlk gündən məhz belə işləmişəm. Gözləyirəm ki, rəqib üzərimə gəlsin və zərbələrdən yayınım. Bu gün də belə etdim və qələbə qazandım. Şəxsi kateqoriyam 86 kq çəki dərəcəsidir. İndi döyüşdüyüm kateqoriyada yeniyəm. Paris-2024-də mənim yarışdığım kateqoriya olmadığına görə 92 kq çəki dərəcəsində döyüşürəm. Məsuliyyət var, əlimdən gələni edəcəm ki, finalda qızıl medal qazanım".
Qeyd: Tokio-2020-də bürünc medal qazanan A.Dominqes Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.
© Copyright 2025, All Rights Reserved