Paris-2024: Boksçumuz yarımfinalda!
Boksçumuz Alfonso Dominqes (92 kq) 1/4 finalda qalib gələrək adını 1/2 finala yazdırdı!
90plus.az xəbər verir ki, Dominges Qazaxıstanı təmsil edən Aybek Oralbayı məğlub edir.
Bununla da kubaəsilli milliləşdirilmiş boksçumuz ən azı Olimpiya bürüncünü özü üçün təmin edir.
Domingesin yarımfinaldakı rəqibi ispaniyalı Emmanuel Reyes olacaq! Görüş avqustun 4-də baş tutacaq.
© Copyright 2026, All Rights Reserved