Paris-2024: Bu gün açılış günü!

Bu gün saat 21:30-da Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq!
90plus.az xəbər verir ki, açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.
Azərbaycan millisi 15 idman növündə 48 idmançı ilə təmsil olunur.
Qeyd: Tarixdə ilk dəfə mərasim stadionda deyil, Sena çayı ətrafında olacaq. Ümumilikdə 10 min 500 idmançı Sena çayından qayıqlarla keçəcək.
© Copyright 2025, All Rights Reserved