Paris-2024: Çempiona milyonlar + əriştə və toyuq

Filippin idmanı tarixində ilk olimpiya çempionu, Paris/2024-də 2 qızıl medal qazanan gimnast Karlos Yulo ölkəsində maraqlı hədiyyələr alacaq.
90plus.az xəbər verir ki, Yulonun mükafatları arasında ömürlük pulsuz əriştə və qızardılmış toyuq da var.
24 yaşlı idmançı Paris-2024-dəki uğurlarına görə 170 min dollar, qiyməti 24 milyon peso olan ev, bir neçə restoran şəbəkəsində ömür boyu pulsuz qida və içki, 45 yaşından etibarən kolonoskopiya və qastroenterologiyada ömür boyu pulsuz müalicə, ölkənin yeməkxanalarından ömürlük pulsuz əriştə və qızardılmış toyuq tədarükü, 100 min pesoya başa gələn ev mebeli, həmçinin yeni “iPhone 16” əldə edəcək.
Ye ki, yeyəsən :)
© Copyright 2025, All Rights Reserved