Paris-2024: Çempiondan çempiona evlilik təklifi

Çin badmintonçu Huan Yatsyun Paris Olimpiya Oyunlarında çempion olduqdan dərhal sonra evlilik təklifi alıb.
90plus.az xəbər verir ki, Yatsyun Çjen Sıvey ilə birlikdə Olimpiya çempionu olub. Qarışıq cütlüklərin finalında onlar Cənubi Koreyadan olan dueti məğlub ediblər.
Medallar təqdim edildikdən sonra onun sevgilisi Li Yuyçen Huan Yatsyuna yaxınlaşaraq minlərlə insanın qarşısında ona evlilik təklifi edib. İdmançı "bəli" deyərək, evlilik təklifini qəbul edib.
VİDEO: https://t.me/doxsanplus/86812
Qeyd: Yuyçen Tokio-2020 Oyunlarının gümüş mükafatçısıdır.
© Copyright 2025, All Rights Reserved