Paris-2024: Çempionlarımız Vətəndə! Ürək sözləri

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zəlim Kotsoyev (-100 kq) Bakıya qayıdıblar.
90plus.az xəbər verir ki, olimpiya çempionlarımız Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində ürək sözlərini söyləyiblər.
Hidayət Heydərov: “Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Azərbaycan Cüdo Federasiyasına və məni dəstəkləyən xalqıma minnətdaram. Parisdə möhtəşəm şərait yaradılmışdı. Şükür ki, Vətənimə qələbə ilə döndüm”.
O, ikinci dəfə Olimpiya çempionu olmaq istədiyini söyləyib: “Qarşıda bir sıra turnirlər, eləcə də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları var. Məqsədim bu yarışda da qızıl medal qazanmaqdır. Əgər iştirak edəcəyin yarışda özünəinam varsa, uğur da səninlə olacaq”.
Zəlim Kotsoyev: “Duyğularımı sözlə ifadə etmək çətindir. Sevincimdən üç gündür yata bilmirəm. Özümü çox yaxşı hiss edirəm. Vətənə qızıl medalla dönmək qürurverici hissdir. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
© Copyright 2025, All Rights Reserved