Paris-2024: Cüdo millimiz çıxışını başa vurdu

Azərbaycan millisinin cüdoçusu Uşanqi Kokauri təsəlliverici görüşdə dünya çempionu kubalı Endi Qrandaya məğlub olaraq mübarizəni dayandırıb.
90plus.az xəbər verir ki, bununla da cüdo millimiz Paris-2024-dəki çıxışını başa vurub.
Qeyd: Paris olimpiadasında Azərbaycanı 9 cüdoçu təmsil etdi:
Balabəy Ağayev (kişilər, 60 kq)
Yaşar Nəcəfov (kişilər, 66 kq)
Hidayət Heydərov (kişilər, 73 kq)
Zelim Tçkayev (kişilər, 81 kq)
Elcan Hacıyev (kişilər, 90 kq)
Zelim Kotsoyev (kişilər, 100 kq)
Uşanqi Kokauri (kişilər, +100 kq)
Leyla Əliyeva (qadınlar, 48 kq)
Gültac Məmmədəliyeva (qadınlar, 52 kq).
Onlardan Hidayət Heydərov və Zəlim Kotsoyev qızıl medal qazandılar. Azərbaycan idmanı tarixində bir idman növündə eyni olimpiadada 2 qızılın əsası qoyuldu. Daha əvvəl bir idman növündə 2 qızıl eyni olimpiya oyunlarında qazanılmamışdı.
© Copyright 2025, All Rights Reserved