Paris-2024: Cüdoçumuz 1/4-də uduzdu

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Paris olimpiadasında 1/4 finala qədər irəliləsə də, bu mərhələdə məğlub olub.
90plus.az xəbər verir ki, Kokauri əvvəlcə 1/16 finalda braziliyalı Rafael Silvanı ipponla məğlub edib. Daha sonra 1/8 finalda finlandiyalı Marti Pyumalaynen ilə üz-üzə gəlib və qalib gələrək 1/4 finala adlayıb.
Amma bu mərhələdə Koreya cüdoçusu Kim Minyonqla (dünya reytinqi 1) bacarmayıb.
Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq. O, bu raundda kubalı Endi Qrandanın müqavimətini qırmağa çalışacaq.
Qeyd: Minyonq mayda keçirilən dünya çempionatının qalibi adını qazanıb.
© Copyright 2025, All Rights Reserved