Paris-2024-də qələbə qazanan Murad danışıb

Paris olimpiadasında ilk görüşündə misirli Abdelrahman Abdelcavvadı məğlub edərək 1/4 finala adlayan Murad Allahverdiyev (80 kq) təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, Murad qələbənin önəmindən danışıb:
"Bu gün məğlub etdiyim rəqib üçqat Olimpiya oyunlarının iştirakçısıdır. Sevinirəm ki, belə bir təcrübəli idmançını mübarizədən kənarlaşdıra bildim.
Düşünürəm ki, yaxşı mübarizə apardım. Bildiyiniz kimi növbəti mərhələdə rəqibim qazaxıstanlı olacaq. Yəqin ki, hansı boksçu yarışa daha yaxşı hazırlaşsa, o da, qalib olacaq".
Qeyd: Murad avqustun 2-si, qazaxıstanlı Nurbek Oralbayla yarımfinal uğrunda rinqə çıxacaq.
© Copyright 2025, All Rights Reserved