Paris-2024: Daha bir gümüş medal

Azərbaycan Paris-2024-də üzgüçü paralimpiyaçı hesabına daha bir medal qazandı.
90plus.az xəbər verir ki, paralimpiyaçı Raman Saley üzgüçülükdə gümüş medal qazanıb. S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.
Qeyd: Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.
© Copyright 2025, All Rights Reserved