Paris 2024: Hidayət çempion oldu!

Azərbaycan cüdoçusu, son dünya və Avropa çempionumuz Hidayət Heydərovun (73 kq) Paris-2024-də final döyüşündə fransalı Joan Bencamin Qabanı ipponla məğlub edib.
90plus.az xəbər verir ki, Hidayət bununla da karyerasında ilk dəfə olimpiya çempionu olur. O, indiyədək 39 görüşdən 37-ni qələbə ilə bitirib.
Bu dəfə finalda çempionluğunu het-trik (dünya, Avropa və olimpiya qızılı) etdi.
Hidayət Heydərov belə çempion olur. VİDEO
https://t.me/doxsanplus/86590
Parisdə Azərbaycan himnini ayaqüstə dinləyirlər. VİDEO
https://t.me/doxsanplus/86592
Prezident İlham Əliyev Hidayət Heydərova zəng edərək onu Olimpiya çempionu olması münasibətilə təbrik edib.
Mehriban Əliyeva Hidayət Heydərovu belə təbrik edib. FOTO
Olimpiya çempionumuzun təəssüratları: "Fransa xalqı indi yenə himnimizə ayaqüstə dinləyəcək".VİDEO
https://t.me/doxsanplus/86589
Qeyd: Heydərov ilk görüşündə israilli Butbul Toharla üz-üzə gəlib və qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına 10-0 məğlub edərək 1/4 finala adlamışdı. 1/4 finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib yarımfinala adlayıb. Yarımfinalda isə idmançımız Akil Gjakovanı "Golden score"da vazi-ari xalı ilə məğlub edib.
© Copyright 2025, All Rights Reserved