Paris-2024-dən sonra karyerasını bitirəcək..

Almaniyalı tennisçi Anjelika Kerber Paris 2024-dən sonra karyerasını bitirəcək.
90plus.az xəbər verir ki, bu barədə A.Kerber sosial şəbəkə hesablarında məlumat verib. Tennisçi Paris-2024-ün onun üçün sonuncu peşəkar turnir olacağını qeyd edib. İdmançı olimpiadada həm fərdi, həm də həmyerlisi Laura Siqmund ilə qoşa yarışlarda iştirak edəcək.
Qeyd: İdmançı "Uimbldon" (2018), Avstraliya və ABŞ Açıq (2016) turnirlərinin qalibi olub.
© Copyright 2025, All Rights Reserved