Paris 2024: Fransada Azərbaycana qarşı təxribat

Paris 2024-ün açılış mərasimi zamanı ölkəmizdə haqlı narazılıqlara səbəb olan hadisə baş verib.
90plus.az xəbər verir ki, Fransanın "France 2" telekanalının canlı yayımında aparıcılar Azərbaycan təmsilçilərinə qarşı təxribat xarakterli fikirlər səsləndiriblər.
Erməni komandasının keçidi zamanı aparıcılardan biri belə söyləyib:
"Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə".
Aparıcı həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər söyləyib.
Bunun ardınca Azərbaycan idmançılarının keçidi zamanı aparıcı ölkəmizi "Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası" kimi təqdim edib.
Qeyd: Rəsmi Bakı çox güman ki, olimpiya prinsiplərinin kobud şəkildə pozulması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayətlə müraciət edəcək.
© Copyright 2025, All Rights Reserved