Paris-2024: Futbolda final adı məlumdur

Paris Yay Olimpiadasında futbol üzrə İspaniya millisi (U-23) finala çıxıb və Braziliyanın rekordunu təkrarlayıb.
90plus.az xəbər verir ki, ispanlar yarımfinalda Mərakeşi 2:1 hesabı ilə məğlub etməklə bu rekordu qırıblar.
Belə ki, onlar olimpiadalar tarixində 5-ci dəfə həlledici qarşılaşmaya vəsiqə qazanıblar. Daha əvvəl Braziliya eyni sayda final matçında iştirak edib.
Qeyd: İspaniya avqustun 9-da final oyununda Fransa ilə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved