Paris-2024: Güləşçilərimizin yarış təqvimi

Paris olimpiadasında Azərbaycanı 12 güləşçi təmsil edəcək. Onlardan 5-i Yunan-Roma, 6-sı sərbəst güləş, 1-i isə qadın güləşinin payına düşür.
90plus.az xəbər verir ki, güləşçilərimiz avqustun 5-də mübarizəyə başlayacaq. Avqustun 11-də isə çıxışlarını bitirəcəklər.
Azərbaycan güləşçilərinin Paris-2024-də yarış təqvimini təqdim edirik:
Yunan-Roma güləşi:
5 avqust
Murad Məmmədov (60 kq)
Sabah Şəriəti (130 kq)
6 avqust
Sənan Süleymanov (77 kq)
7 avqust
Həsrət Cəfərov (67 kq)
Rafiq Hüseynov (87 kq)
Qadın güləşi:
7 avqust
Mariya Stadnik (50 kq)
Sərbəst güləş:
8 avqust
Əliabbas Rzazadə (57 kq)
Osman Nurmaqomedov (86 kq)
9 avqust
Turan Bayramov (74 kq)
Giorgi Meşvildişvili (125 kq)
10 avqust
Hacı Əliyev (65 kq)
Maqomedxan Maqomedov (97 kq).
© Copyright 2025, All Rights Reserved