Paris-2024: Güləşçimiz yarımfinalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiadasında yarımfinalda məğlub olub.
90plus.az xəbər verir ki, Maqomedxan 97 kq çəkidə əvvəlcə 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Peresi məğlub edib:
Maqomedxan Maqomedov 9 - 0 Luis Migel Peres (Dominikan Respublikası)
Daha sonra Maqomedxan 1/4 finalda polşalı J. Mateuş Baranovskini məğlub edib:
Maqomedxan Maqomedov 7 - 2 Mateus Baranovski (Polşa)
Təmsilçimiz yarımfinalda Givi Matçaraşvili (Gürcüstan) ilə qarşılaşıb və 0:5 hesabı ilə uduzub. Azərbaycan idmançısı bürünc medal uğrunda yarışacaq.
© Copyright 2025, All Rights Reserved