Paris-2024: Güləşçimiz yarımfinalda uduzdu

Azərbaycan millisinin sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinalda uduzub.
90plus.az xəbər verir ki, 125 kq çəkidə Avropa çempionatlarının bürünc mükafatçısı Giorgi Meşvildişvili öncə 1/8 finalda Misiri təmsil edən beşqat Afrika çempionu Kamal Diaalyeldin Abdelmottalebi məğlub edib:
Giorgi Meşvildişvili 4 - 0 Diaeldin Abdelmottaleb
Daha sonra 1/4 finalda Monqolustan idmançısı, dünya çempionatlarının gümüş və bürünc mükafatçısı, Munxtur Lxaqvarqereli 12:2 hesabı ilə məğlub edərək 1/2 finala yüksəlib.
O, finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb və 0:7 hesabı ilə uduzub. Giorgi bürünc medal uğrunda yarışacaq.
Qeyd: Petriaşvili üçqat dünya, ikiqat Avropa çempionu, Olimpiya Oyunlarının bürünc (Rio-2016) və gümüş (Tokio-2020) mükafatçısıdır.
© Copyright 2025, All Rights Reserved