Paris-2024: Bədii gimnastika millimiz tarixində ilk dəfə

Paris-2024 Yay Olimpiadasında bədii gimnastika üzrə final yarışları sona çatıb.
90plus.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.
Komandamız hakimlər tərəfindən ümumən 66.450 xal alıb və yekunda 5-ci yeri tutub.
Qeyd: Bu Azərbaycan gimnastika tarixində ən yüksək nəticədir.
© Copyright 2025, All Rights Reserved