Paris-2024: Günün anonsu

Bu gün Paris-2024-də millimizin 3 yarışını izləyəcəyik, 2 fərdi idmançı və 1 komanda növündə mübarizə olacaq.
90plus.az xəbər verir ki, mötəbər turnirdə akademik avarçəkmə, üzgüçülük və 3x3 basketbol yarışında qüvvəmizi sınayacağıq:
3 Avqust - Günün anonsu
Saat 11:30. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m. C finalı:
Diana Dımçenko (son çıxış);
Saat 13:00. Üzgüçülük, qadınlar, 50 m, sərbəst. Təsnifat mərhələsi:
Məryəm Şeyxəlizadəxangah
Bu mərhələdə, uğur qazana bilsə, yarımfinalda da iştirak edəcək.
Saat 19:30 Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi (7-ci tur):
Azərbaycan - Kanada;
Əsas mərhələdə son matçımız olacaq və uğur qazansaq, pley-ində mübarizə aparacağıq.
Saat 22:39. Üzgüçülük, qadınlar, 50 m, sərbəst. Yarımfinal
Saat 23:30. Basketbol 3x3, qadınlar. Pley-in.
© Copyright 2025, All Rights Reserved