Paris-2024: Günün anonsu, 9 avqust

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 2 sərbəst güləşçimiz, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız və boksçumuz Alfonso Dominqes (92 kq) final qarşılaşmasında yarışacaq.
90plus.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız birinci çıxış edəcək.
9 Avqust - Günün anonsu:
Saat 12:00. Bədii gimnastika, Qrup hərəkətləri millimiz. Halqalarla:
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzan
Saat 13:10. Bədii gimnastika, Qrup hərəkətləri millimiz. Lentlə:
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzan
Saat 13:30. Sərbəst güləş, 1/8 final. 74 kq:
Turan Bayramov - Çermen Valiyev (Albaniya)
Saat 13:30. Sərbəst güləş, 1/8 final.125 kq:
Giorgi Meşvildişvili - Diaeldin Abdelmottaleb (Misir)
Avqustun 9-dan 10-a keçən gecə:
Saat 00:34. Boks Final. 92 kq:
Alfonso Dominqes - Lazizbek Mullojonov Abdelmottaleb (Özbəkistan)
© Copyright 2025, All Rights Reserved