Paris-2024: Hacı Əliyev meksikalı ilə üzləşəcək

Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev və Maqomedxan Maqomedovun Paris - 2024 Olimpiadasında ilk rəqibi məlum olub.
90plus.az xəbər verir ki, 3 dəfə dünya və 4 dəfə Avropa çempionu olan Hacı Əliyev 1/8 finalda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.
Avropa çempionu Maqomedxan Maqomedov isə 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə qarşılaşacaq.
Bu qarşılaşmalar 10 avqust saat təxminən 13:30-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved