Paris-2024: İdmançı komandadan qovuldu

Braziliyanın üzgüçülük komandasının üzvü Ana Karolina Vieyra komandadan kənarlaşdırılıb.
90plus.az xəbər verir ki, buna səbəb Vieyranın Olimpiya kəndini icazəsiz tərk etməsi olub.
O, iyulun 26-da komanda yoldaşı Qabriel Santosla birlikdə düşərgəni icazəsiz tərk edib. Onlara bununla bağlı xəbərdarlıq edilib. Buna baxmayaraq Vieyra komissiyanın qərarına aqressiv şəkildə etiraz etdiyi üçün düşərgədən qovulub.
Mənbə: Braziliya Olimpiya Komitəsinin media hesabı
© Copyright 2025, All Rights Reserved