Paris 2024: İdmançımız mübarizəni dayandırdı

Bu gün milli komandamızın cüdoçuları Paris Yay Olimpiya Oyunlarında mübarizəyə start veriblər.
90plus.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan cüdoçumuz Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayıb. İdmançımızın rəqibi Xalimajon Qurbanova (Özbəkistan) olub. L.Əliyeva yarışda məğlub olaraq (0-1) Paris Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Qeyd: İlk mərhələdən azad olan idmançımız Balabəy Ağayev isə (60 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. O, Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved