Paris-2024: İdmançımız turnirlə vidalaşdı

Badmintonçumuz Keişa Fatimə Zəhra Paris-2024-də mübarizəni dayandırıb.
90plus.az xəbər verir ki, idmançımız qrup mərhələsindəki 2-ci qarşılaşmasında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə görüşüb.
Matçda 0-2 hesabla məğlub olan badmintonçu turnirlə sağollaşıb. O, yarışın ilk mərhələsində Çin təmsilçisi He Bin Çzyaoya da uduzmuşdu.
Qeyd: Ölkəmiz Paris Olimpiadasına 48 idmançı ilə qatılıb. Onlardan 4-ü (cüdoçular) turniri medal qazanmadan dayandırıb.
© Copyright 2025, All Rights Reserved