Paris-2024: İlham Zəkiyev yenə medal qazandı

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bürünc medala sahib çıxıb.
90plus.az xəbər verir ki, +90 kq çəkidə yer alan ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.
Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.
Qeyd: Paralimpiada sentyabrın 8-də başa çatacaq.
© Copyright 2025, All Rights Reserved