Paris 2024: İlk qızıl medalı onlar qazandı!

Paris Yay Olimpiya Oyunlarında ilk medal dəstinin sahibləri bəlli olub.
90plus.az xəbər verir ki, pnevmatik tüfənglə atıcılıq üzrə Çinin qarışıq komandası Olimpiadada ilk qızıl medalı qazanıb.
Finalda Çin təmsilçiləri Cənubi Koreya millisinə 16:12 hesabı ilə qalib gəliblər. Qazaxıstan isə Almaniyanı üstələyərək bürünc medal qazanıb.
© Copyright 2025, All Rights Reserved