Paris-2024: Əliabbas medalsız qayıdır

Bu gün Azərbaycanın sərbəst güləş millisi Paris-2024-də mübarizəyə başlayıb. Əliabbas Rzazadə ilk döyüşündə uduzub və 1/4 finala yüksələ bilməyib.
90plus.az xəbər verir ki, 57 kq. çəkidə Əliabbas Rzazadə 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşıb:
Əliabbas Rzazadə 4 - 11 Qulomjon Abdullayev (Özbəkistan)
Əliabbasın məğlub olduğu bu rəqib finala vəsiqə qazana bilməyib. Beləcə, Əliabbasın təsəlliverici görüşə qatılmaq şansı qalmayıb.
© Copyright 2025, All Rights Reserved