Paris-2024: Mariya Stadnik medalsız qaldı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Olimpiadası ilə medalsız sağollaşıb.
90plus.az xəbər verir ki, onun 1/4 finalda məğlub olduğu Otqonjarqal Dolqorjava (Monqolustan) finala vəsiqə qazana bilməyib.
Bu səbəbdən də Stadnik təsəlliverici görüşə çıxmaq şansını itiribb.
Qeyd: 36 yaşlı Mariya Stadnik ikiqat dünya, doqquzqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdır.
© Copyright 2025, All Rights Reserved