Paris-2024: Medal qazananlarən mükafatları bəlli olub

Prezident İlham Əliyev Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarında yüksək nəticə qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
90plus.az xəbər verir ki, Sərəncama əsasən, mükafatların məbləği bu qaydada müəyyən edilir:
1-ci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat;
2-ci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
3-cü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bundan başqa, İlham Əliyev Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti kimi də "Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarında yüksək nəticə qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb:
1-ci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
2-ci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;
3-cü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat;
Komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
© Copyright 2025, All Rights Reserved