Paris-2024: Millimiz Çini udub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Paris Olimpiadasında 2-ci qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, günün ilk matçında Avstraliya yığması ilə üz-üzə gələn Ratomir Deliçin yetirmələri 12:21 hesabı ilə məğlub olublar. Amma 2-ci matçda Çin seçməsini 21:19 hesabı ilə üstələyən millimiz günü qələbə ilə başa vurublar.
Maraqlıdır ki, millimiz reytinqdə 1-ci yerdə gedən Çin millisini və 2-ci yerdə gedən ABŞ-ni məğlub edib, qalan rəqiblərə uduzublar.
Qeyd: Basketbolçu qızlarımız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. ABŞ millisinə isə qalib gəliblər - 20:17.
© Copyright 2025, All Rights Reserved