Paris 2024: Məşqçi həyatını itirdi

Samoalı boks üzrə məşqçi Lionel Elika Parisdə Olimpiya kəndində 61 yaşında dünyaya gözlərini yumub.
90plus.az xəbər verir ki, məşqçiyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
"Paris Olimpiadası zamanı faciəvi şəkildə dünyasını dəyişən Samoanın boks üzrə məşqçisi Lionel Elikanın ailəsinə, dostlarına və həmkarlarına başsağlığı veririk. Lionelin idmana olan fədakarlığı və həvəsi boks ictimaiyyətində silinməz iz qoyub", - deyə Beynəlxalq Boks Assosiasiyasının bəyanatında qeyd olunub.
Qeyd: Paris Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.
Mənbə: Frans Press
© Copyright 2025, All Rights Reserved