Paris-2024: Murad 1/4 finalda!

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Paris olimpiadasına qələbə ilə başlayıb.
90plus.az xəbər verir ki, Murad 1/8 finalda misirli rəqibi Abdelrahman Abdelcavvadı məğlub edərək adını 1/4 finala yazdırıb. FOTO
Murad bu avqustun 2-si, qazaxıstanlı Nurbek Oralbayla yarımfinal uğrunda rinqə çıxacaq.
51 kq çəkidə isə digər boksçumuz Nicat Hüseynov 1/8 finalda dominikanlı Junior Alcantara Reyes ilə görüşdə məğlub olaraq mübarizəni dayandırıb. FOTO
Qeyd: Paris-2024-də Azərbaycanın digər boksçusu Alfonso Dominqes də 1/4 finala yüksəlib.
© Copyright 2025, All Rights Reserved