Paris-2024: Murad Məmmədov uduzdu

Paris-2024 olimpiadasında Yunan-Roma güləşi üzrə yarışlar start götürüb və 1/8 finalda 60 kq.da təmsilçimiz Murad Məmmədov mübarizəyə başlayıb.
90plus.az xəbər verir ki, 28 yaşlı güləşçimiz venesuelalı rəqibinə uduzaraq 1/4 finala vəsiqə qazana bilmir.
Murad Məmmədov 5 - 6 Rayber J.R. Orosko
Öncə, passivlik səbəbindən hər iki güləşçiyə 1 xal verilir.
Murad 2 xəbərdarlıq alır. Amma sonra Murad geridönüş edərək hesabı 1-6-dan 5-6ya yüksəldir. Amma vaxt öz sözünü deyir. Və Məmmədov məğlub olaraq, 1/4 final şansını itirir.
Qeyd: Əgər Muradın rəqibi finala çıxsa, o bürünc uğrunda görüşə qatılacaq.
© Copyright 2025, All Rights Reserved