Paris-2024: Osman medalsız qaldı

Bu gün Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Paris-2024-ü mükafatsız başa vurub.
90plus.az xəbər verir ki, 86 kq. çəkidə Osman Nurmaqomedov 1/8 finalda Monqolustan güləşçisi Bat Erden Byambasureni məğlub edib:
Osman Nurmaqomedov 11 - 2 Bat Erden Byambasuren (Monqolustan)
1/4 finalda isə San Marinodan olan Maylz Amineyə dramatik görüşdə məğlub olub:
Osman Nurmaqomedov 14 - 16 Amine Maylz
Osmanın rəqibi - San Marino təmsilçisi Maylz Nazem Amin finala vəsiqə qazana bilməyib. Və Osmanın təsəlliverici görüşə qatılmaq şansı da qalmayıb.
Qeyd: Nurmaqomedov həm dünya, həm də Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıb.
© Copyright 2025, All Rights Reserved