Paris-2024: Pəviz Nəsibov gümüş qazandı

Ukrayna adından çıxış edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
90plus.az xəbər verir ki, 67 kiloqram çəkidə həmyerlimiz finalda iranlı Səid Esmaili Leyveslə 5:5 olub.
Rəqibinə sonuncu xal prinsipinə görə uduzan Pərviz gümüş medalla kifayətlənib.
Təəssüratları: "Qızıl medal qazanmaq istəyirdim. Lakin qismətdə gümüş medal var imiş. Daha çox çalışmaq lazımdır. Düşünürəm ki, tələskənlik qızıl medal qazanmağıma mane oldu. Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam. Heç vaxt ölkəmizin adına xələl gətirəcək nəsə etmərəm. Yarımfinal görüşündə qarşılaşdığım Həsrət Cəfərovla meydanda rəqib ola bilərəm. Güləş xalçasından kənarda dostuq".
Qeyd: Bu medal Nəsibovun olimpiadalar tarixində ikinci mükafatı olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da ikinci yeri tutub.
© Copyright 2025, All Rights Reserved