Paris-2024: Qidalar keyfiyyətsizdir

Paris Yay Olimpiadasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazanan üçqat olimpiya çempionu, britaniyalı Adam Piti Parisdə verilən qidadan şikayət edib.
90plus.az xəbər verir ki, Piti qidalanmanın yüksək səviyyədə olmadığını söyləyib:
"Axı biz yarışlar üçün güc toplamalıyıq. Tokioda yeməklər, Rio-de-Janeyroda olduğu kimi, inanılmaz dərəcədə yaxşı idi. Amma bu dəfə kifayət qədər proteinli qida variantları yoxdur, uzun növbələr var və yemək üçün 30 dəqiqə gözləməli oluruq. Mən ət yemək istəyirəm, mübarizə aparmaq üçün mənə protein lazımdır və evdə də belə qidalanıram. Bəs niyə burada nəyisə dəyişməliyəm? Mən də balıq yeməklərini sevirəm, amma idmançılar onun içindən qurd tapırlar. Bu, yaxşı hal deyil. Mən, sadəcə, insanların öz işlərini daha yaxşı görməsini istəyirəm".
Qeyd: 30 yaşlı idmançının koronavirus testi də müsbət çıxıb.
Mənbə: Daily Mail
© Copyright 2025, All Rights Reserved