Paris-2024: Ruslandan uğursuz nəticə!

Azərbaycan atıcısı Ruslan Lunyov Paris-2024-ün 25 metr məsafədən atəşaçma yarışında qüvvəsini sınayıb.
90plus.az xəbər verir ki, Lunyov ilk mərhələdə 300 mümkün xaldan 289-nu toplayıb.
İdmançımız ikinci mərhələdə 291 xal yığıb. İki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.
Qeyd: R.Lunyov Paris-2024-də pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada da iştirak edib və 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olub.
© Copyright 2025, All Rights Reserved