Paris-2024: Sabah bürünc uğrunda yarışacaq

Paris-2024 olimpiadasında Yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti yarımfinalda uduzaraq final şansını itirib.
90plus.az xəbər verir ki, 35 yaşlı güləşçimiz əvvəlcə 1/8 finalda estoniyalı Heyki Nabiyə qalib gələrək 1/4 finala vəsiqə qazanıb:
Sabah Şəriəti 1-1 Heyki Nabi
Daha sonra 1/4 finalda Qazaxıstan təmsilçisi Alimxan Sizdikovu mübarizədən kınarlaşdıraraq yarımfinala adlayır:
Sabah Şəriəti 4-0 Alimxan Sizdikov
Təmsilçimiz final uğrunda kubalı Mixain Lopes Nuneslə yarışında uduzub:
Sabah Şəriəti 1-4 Mixain Lopes Nunes
Beləliklə, Sabah Şəriəti bürünc uğrunda yarışacaq.
© Copyright 2025, All Rights Reserved