Paris-2024: Sabah medalsız vidalaşdı

Yunan-Roma güləşi üzrə təmsilçimiz Sabah Şəriəti Paris-2024 Olimpiadasında bürünc medal uğrunda görüşə çıxıb.
90plus.az xəbər verir ki, 130 kq. çəki dərəcəsində yarışan Sabah Şəriəti İranı təmsil edən Amin Mirzəzadə ilə qarşılaşıb. Şəriəti məğlub olaraq turniri 5-ci pillədə bitirib:
Sabah Şəriəti 0 - 4 Amin Mirzəzadə (İran)
Qeyd: A.Mirzəzadə 2 qat Asiya (2020, 2023) və 1 dəfə dünya çempionudur (2023). Şəriəti isə Olimpiya Oyunlarının (2016) bürünc mükafatçısıdır, O, Avropa çempionatında isə (2023) gümüş medal qazanıb.
© Copyright 2025, All Rights Reserved