Paris-2024: Sena çayında idmançıya infeksiya yoluxdu
Belçikalı triatlonçu Kler Mişel Paris Olimpiya yarışında bağırsaq infeksiyasına yoluxub.
90plus.az xəbər verir ki, vəziyyəti ağır olan idmançı dörd gündür xəstəxanada müalicə alır. Kler Olimpiya yarışında 38-ci olub.
Triatlonun üzgüçülük hissəsi Sena çayında baş tutub. İyulun 28 və 29-da triatlonçuların məşq tədbirləri Sena çayının çirklənməsi səbəbindən ləğv edilib.
Mənbə: "Nieuwsblad" qəzeti
© Copyright 2026, All Rights Reserved