Paris-2024: Sena çayının çirki üzgüçülük məşqinə imkan vermir

Paris olimpiadasında üzgüçülük məşqləri Sena çayının çirkli olduğundan ləğv edilib.
90plus.az xəbər verir ki, bazar gününə təyin edilən triatlonçuların üzgüçülük məşqi Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə ləğv edilib.
Bu barədə Olimpiadanın Təşkilat Komitəsinin Media Xidməti məlumat yayıb.
Təşkilatçılar bununla belə, iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağını deyirlər.
© Copyright 2025, All Rights Reserved